Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə olub.
Buna səbəb Zahid Orucun ümumi müzakirələrdə çıxış üçün yazılmaq istəməsidir.
Spiker ona irad tutaraq “Deputatlar çıxışlara öncədən yazılıblar, siz hövsələsizlik edirsiniz”, - deyib.
Buna baxmayaraq, müzakirələrdə Z.Oruca söz verilib. Deputat ABŞ-da keçirilən seçkilərə münasibət bildirib və çıxışının sonunda spikerə xitabən:
“Hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi”, - deyib.
O.Əsədovun cavabı gecikməyib:
“Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım”.
Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyə cavab verib.