Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası öz işinə başlayıb. Ucnoqta.az xəbər verir ki, iclasın gündəliyinə Mülki, Cinayət, İnzibati Xətalar, Vergi, Meşə, Şəhərsalma və Tikinti Məcəllələrinə, “Ətraf mühitin mühafizəsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər olmaqla 26 məsələ daxildir.