Rüfət Məmmədov: "İran şirkətləri Azərbaycanın əsas kapitalına 1,2 milyard dollar vəsait yatırıb"

Bu gün Bakıda "Azərbaycanda və İranda investisiya imkanları" mövzusunda konfrans keçirilib. "Report"un məlumatına görə, konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib ki, İran şirkətləri Azərbaycanın əsas kapitalına 1,2 milyard ABŞ dolları vəsait yatırıb.

"Bu vəsaitin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb. İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq etmək üçün böyük potensial var. Azərbaycanla İran arasında münasibətlər çox yaxşıdır və dövlət səviyy\sində bir çox sahələrdə əməkdaşlıq edilib. Münasibətlərin yüksək səviyyədə olması həm ticari, həm siyasi, həm də iqtiaadi əməkdaşlığa müsbət təsir göstərir. Azərbaycanda 450-ə yaxın investisiya şirkəti fəaliyyət göstərir. Bu, çox müsbət haldır. İnvestisiya şirkətlərinin ölkədə fəaliyyət göstərməsinin qeyri-neft sektoruna təsiri böyükdür", - deyə o, qeyd edib.

İran hökumətinin təmsilçisi Fərhad Qasımzadə isə çıxışında deyib ki, Azərbaycanla İran bir çox sahələrdə əməkdaşlığı uğurla davam etdirir: "İki ölkə arasında neft, qaz, bank, sığorta, kənd təsərrüfatı, turizm, tikinti sahələrində əməkdaşlıq var. Sözügedən sahələrdə 6 memorandum imzalanıb. Bu memorandumlar çərçivəsində 3 aydır ki, şirkətlərin hansı sahəyə investisiya yatırmasının əlverişli olması araşdırılır. Ümid edirik ki, Azərbaycan və İranın investisiya şirkətlərinin əməkdaşlıqlarının daha böyük prespektivi olacaq".

Tarix
10 Noyabr 2016 [11:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-11-10 11:10:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin