CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 46,1 dollar/barel təşkil edib ki, bu da noyabrın 7-nə olan göstəricidən 0,7 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 45,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 8-də 42,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 8-də 43,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.