Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı qələbə münasibətilə təbrik edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, B.Yıldırım təbrikində Türkiyədə iyulun 15-də uğursuz dövlət çevrilişinə cəhdin başında duran və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tezliklə ölkəsinə ekstradisiya edilməsinə çağırıb: "Əminəm ki, ABŞ-la əlaqələri pozan dövlət çevrilişinin səbəbkarını tez bir zamanda ölkəmizə ekstradisiya etsəniz, bu, iki ölkə üçün yeni başlanğıc olacaq".