Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Orxan Əhmədov vəsatətlərlə çıxış edib. Vəkil cinayət işinin baxılmasına xitam verilməsini, işin istintaqa qaytarılması, bəzi sübutların cinayət işindən xaric edilməsini istəyib. Vəsatətlər baxılmamış saxlanılıb.
Məhkəmə baxış iclası noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.
Hadisəni törədən şəxsin atası isə Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur.