Türkiyədə Polis İdarəsi partladılıb, 1 nəfər ölüb, 30-dan çox yaralı var

11:00 - 4 Noyabr 2016 - DÜNYA

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb.APA-nın xəbərinə görə, bu barədə yerli NTV kanalı məlumat yayıb.

***
09:30
Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib.
İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.

Xəbər xətti