Cari ilin oktyabr ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə “Report”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qurumun verdiyi digər bir məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində isə 18,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2015-ci illə müqayisədə aylıq istehsal 0,2 mlrd. kVt/saat yaxud 11,77% artıb, 10 aylıq istehsal isə 0,2 mlrd. kVt/saat və ya 1,08% azalıb.