Lerikdə yolu kəsən qaya parçası dinamitlə partladılıb - FOTO

12:36 - 3 Noyabr 2016 - ÖLKƏ İÇİ

Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb. “Report” xəbər verir ki, ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də “Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.

Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.
Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalan nəhəng qaya parçası da dinamitlə partladılıb.
Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.


Xəbər xətti