Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb. "Azəravtoyol" ASC-dən Ucnoqta.az-a verilяn məlumata görə, avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən, yol IV texniki dərəcəyə uyğun olaraq inşa edilib.
Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 10 metr enində torpaq yatağı inşa olunub. Daha sonra 35 sm qum-çınqıl qarışığı və 20 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq ikiqat olmaqla yola yeni asfalt-beton örtük döşənib.
Hazırda 2 hərəkət zolaqlı olmaqla, yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 m enində çiyinlərin, həmçinin diametri 400-600 mm olan 4 ədəd su ötürücü boruların tikintisi aparılıb.
Qeyd edək ki, bu yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb.