Birləşmiş Ştatların Yaponiyanın Naqasaki perfekturasının Sasebo şəhərində yerləşən hərbi dəniz bazasında atışma səsləri həyəcan siqnalına səbəb olub, ərazinin yarısı mühasirəyə alınıb. "Report" xəbər verir ki, bu barədə cümə axşamı Amerikanın "Stars and Stripes" hərbi nəşri məlumat yayıb. Baza komandanlığı öz "Facebook" səhifəsində hadisə ilə bağlı qeyd edib ki, səhər saatlarında hərbi obyekt ərazisindəki binalardan birində atəşə bənzər səslər barədə məlumat daxil olub. Təcili təxliyə işləri aparılıb, müəssisənin ətrafına təhlükəsizliyin təmin edilməsi üçün mühafizə dəstəsi çıxarılıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Lakin Sasebo bazası ərazisində olan bütün insanlar hadisə aydınlaşdırılanadək sığınacaqda qalmağı xahiş ediblər.