Sabahdan havanın temperaturu yüksələcək

12:39 - 2 Noyabr 2016 - ÖLKƏ İÇİ

Ölkə ərazisində artıq bi neçə gündür ki, qeyri-sabit hava şəraiti müşahidə olunur. Arabir yağış yağır, şimşək çağır, bəzi yerlərdə intensiv xarakterlidir. Dağlıq  və Dağətəyi rayonlarda yağının sulu qara və qara keçməsi müşahidə olunur. Lakin belə hava şəraiti noyabrın 3-dək davam edəcək”. Bu barədə SİA-ya  Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, hava sabahdan etibarən mülayimləşəcək, gün ərzində yağmursuz keçəcəyi gözlənilir: “Noyabrın 4-də və 5-də havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Bir neçə gündür havanın temperatur günorta saatlarında 10-13 dərəcə arasında dəyişir. Havanın temperaturu bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlərdə isə  2-3 dərəcə aşağı olub” 

Xəbər xətti