"ABŞ kiberməkanda Rusiya ilə qarşıdurmada maraqlı deyil". Bunu "Wired" nəşrinə müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri deyib. Dövlət katibi qeyd edib ki, ölkəsi daha Rusiya ilə müxtəlif qarşıdurmalara getmək istəmir. "Biz bunu ruslarla müzakirə edirik və belə təhlükəni qiymətləndirməmək olmaz. Əvvəlki yolla yenidən getmək istəmirik. 50 il ərzində silahlanmalara nəzarətlə məşğul olduq. Biz silahlanma yarışında iştirak edirdik və daha çox nüvə silahlarını yaradırdıq. Və kiberməkanda eyni yarış — bu bizə lazımdır?", deyə Kerri vurğulayıb. Bununla yanaşı o, qeyd edib ki, hamı vəziyyətə nəzarət etməyə və məsuliyyətlə hərəkət etməyə zəmanət verməlidir.