Bakı Metropoliteni avtobus alacaq

12:31 - 31 Oktyabr 2016 - ÖLKƏ İÇİ

"Bakı Metropoliteni" QSC 26-30 oturacaqlı avtobusların alınması ilə bağlı tender elan edib.

Trend xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin saytına istinadən verdiyi məlumata görə, tenderdə iştirakın dəyəri 200 manatdır.
Tender təklifləri bank təminatı ilə birlikdə 2016-cı il dekabrın 6-a qədər təqdim olunmalıdır.
Tender zərfləri dekabrın 7-də saat 15:00-da açılacaq.

Xəbər xətti