Bakıda küçədə qətlə yetirilmiş qadın meyiti tapılıb.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisindən Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Suraxanı RPİ və rayon prokurorluğu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.