Əyləncə parkında qəza olub, 4 nəfər ölüb

13:08 - 25 Oktyabr 2016 - HADİSƏ

Avstraliyanın Kvinslend ştatının Qold-Koste şəhərində "Dreamworld" əyləncə mərkəzində baş vermiş qəza nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, hadisənin baş verməsi ilə bağlı araşdırma aparılır.
Məlumata görə, qəza su attraksionlarından birinin ötürücü lentinin qırılması nəticəsində baş verib. Hadisə nəticəsində ölənlərin hamısı yetkin insanlar olub. 
Polis hələlik bu faktı təsdiqləməyib.

Xəbər xətti