Yük avtomobili piyadanı vurdu - Bakıda

11:12 - 25 Oktyabr 2016 - HADİSƏ

Bakıda səki ilə hərəkət edən gənci yük maşını vurub. "Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Piyada səkisi ilə hərəkət edən 1993-cü il təvəllüdlü Qarayev Sənan Süleyman oğlunu "KamAZ" markalı yük avtomobili vurub. Qəza zamanı yük avtomobili yol kənarı ilə hərəkət edib. Piyadanı görməyən sürücü idarə etdiyi yük avtomobilinin sağ tərəfi ilə ona çırpılıb. S.Qarayev aldığı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. 

Xəbər xətti