İmişlidə yol qəzası: sürücü yaralanıb

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Daş körpü deyilən ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 38 yaşlı İman Mirkərəm oğlu İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. 
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Tarix
24 Oktyabr 2016 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-24 11:06:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin