Abşeron rayonunun Hökməli qəsəbəsində villada partlayış zamanı 3 yaşlı uşaq ölüb, ailə üzvlərinin vəziyyəti isə ağırdır. Hadisə bu gün sübh saatlarında Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında Müşfiq Qurbanova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Nəticədə ev sahibi 44 yaşlı Müşfiq Qurbanov və onun həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı Leyla Qurbanlı ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Ş.Novruzova və onun qızı L.Qurbanlının vəziyyəti ağırdır. Ş.Novruzovaya 85 faiz tənəffüs orqanlarının yanıq diaqnozu qoyulub.
Məlumata görə, partlayış zamanı Ş.Novruzova və L.Qurbanlı sübh namazı qılırmış.
Qeyd edək ki, M.Qurbanov nazirliklərdən birində çalışır.report