Qəbələ-İsmayıllı yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb. "Apa" xəbər verir ki, hadisə ötən gecə Qəbələ-İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.
İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini, 1993-cü il təvəllüdlü Sərdarov Belək Cəmaləddin oğlu idarə etdiyi traktoru yolun kənarındakı kafeyə tərəf dönmək istəyərkən traktor çökəkliyə aşıb.
Nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb, onun sərnişini, həmkəndlisi, 1994-cü təvəllüdü Cabbarlı Nurlan Marif oğlu isə aşan traktorun altına düşüb və hadisə yerində dünyasını dəyişib. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.