"Salyan-Sərnişin" ASC ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Salyan şəhəri, Məşhədi Əzizbəyov küçəsi,3 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, oktyabrın 12-də müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib və ləğvetmə barədə qərar da həmin iclasda qəbul olunub.