Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 460,889 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,82 mln. manat, “Zaminbank” ASC - 50,976 mln. manat, “Kredobank” ASC - 18,07 mln. manat, “Dekabank” ASC - 2,85 mln. manat, “Atrabank” ASC - 13,936 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,977 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 195,423 mln. manat kompensasiya alıblar.