Digər neft hasil edən ölkələrdən fərqli olaraq, Azərbaycan üçün neftin ucuzlaşması ilə bağlı çətinlik o qədər də kritik və qorxulu deyil. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxışı zamanı energetika nazirinin müavini Gülməmməd Cavadov deyib.
Onun sözlərinə görə, bu əminlik öncədən görülmüş tədbirlər, Dövlət Neft Fondunun yaradılması və qeyri-neft sektorunun inkişafı üçün görülən işlərlə bağlıdır: "Bizim valyuta ehtiyatlarımız var. Düzdür, bu işlərə bir qədər gec başlamaq olardı, lakin həyat göstərdi ki, hadisələr bizi qabaqladı. İqtsadiyyat Nazirliyi qeyri-neft sektorunun inkişafı üçün işlər görür".
Nazir müavini vurğulayıb ki, Azərbaycan bu çətin dövrdən çıxacaq: "Sadəcə olaraq bir az dözmək və işləmək lazımdır".