Oktyabrın 18-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,5969 manat məzənnəsi ilə başlayıb və 1,5999 məzənnəsi ilə yekunlaşıb.