Azərbaycan 2030-cu ilədək qaz tullantılarını 35%-ə qədər azaltmağı hədəfləyir. "Report" xəbər verir ki, bu barədə Bakıda bu gün işə başlayan "Dayanıqlı inkişaf üçün Enerji" VII Beynəlxalq Forumu çərçivəsində keçirilən mətbuat konfransında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. A.Bədəlov qeyd edib ki, hazırda ölkənin enerji balansında alternativ enerji mənbələrinin payı 16%-ə qədər təşkil edir. Agentlik sədri 2020-ci ildə enerji balansında alternativ enerjinin payının 20%-ə çatdırılmasının hədəfləndiyini bildirib.
A.Bədəlovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilən elektrik enerjisinin 2 mlrd. kVt/saatı alternativ enerji sahəsində əldə olunub.
Agentlik rəhbəri Azərbaycanda 2030-cu ilədək isə alternativ və bərpa olunan enerji mənbələrinin ümumi enerji balansında payının 25%-ə çatdırılacağını qeyd edib.