Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də Yerevanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.
"KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq çərçivəsində oktyabrın 14-də Yerevanda Xarici İşlər Nazirləri Şurasının, eləcə də Müdafiə Nazirləri Şurasının, KTMT Təhlükəsizlik Şurası katibləri Komitəsinin birgə iclasının keçiriləcəyi planlaşdırılır. Bu formatda görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək" - M.Zaxarova bildirib.
O vurğulayıb ki, iclas zamanı kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsinin aktual aspektləri, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri, hərbi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də təsdiqlənməsi üçün dövlət başçılarına təqdim ediləcək bir sıra sənədlər müzakirə olunacaq.