Bakıda marketlər şəbəkəsinin vəzifəli əməkdaşı intihar edib

15:09 - 4 Oktyabr 2016 - HADİSƏ

 Bakı şəhəri, Yasamal rayonunda intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə Landau küçəsində qeydə alınıb. Həmin küçədəki mənzillərdən birində yaşayan 52 yaşlı Arif Quliyev özünü yataq otağında asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, istintaq aparılır.
Qeyd edək ki, A.Quliyev “Səbət” Marketlər Şəbəkəsinin marketlərindən birində direktor müavini vəzifəsində çalışıb.

Xəbər xətti