Dünyada qaçıqınlar acınacaqlı vəziyyətdədir. Bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.
BMT-nin Qaçqınların İşi üzrə Komissarlığının məlumatına əsasən, təşkilatın hazırladığı sənəddə qaçqınları qəbul edən 10 dövlətin siyahısı dərc olunub:
1.İordaniya - 2,7 mln. nəfərdən çox (ölkə əhalisinin 28 faizi);
2.Türkiyə - 2,5 mln. nəfərdən çox (ölkə əhalisinin 3 faizi);
3.Pakistan - 1,6 mln. nəfərə yaxın (ölkə əhalisinin 1 faizindən az);
4.Livan - 1,5 mln. nəfər yaxın (ölkə əhalisinin 33 faizi);
5.İran - 979 min 400 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
6.Efiopiya - 736 min 100 nəfər (ölkə əhalisinin 1 faizindən az);
7.Keniya - 553 min 900 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
8.Uqanda - 477 min 200 nəfər (ölkə əhalisinin 1 faizindən çox);
9.Konqo Demokratik Respublikası - 383 min 100 nəfər (ölkə əhalisinin 0,5 faizindən çox);
10.Çad - 369 min 500 nəfər (ölkə əhalisinin 3 faizinə yaxın).
Məlumata görə, Almaniya və Kanada hökumətləri başqa varlı dövlətlərlə müqayisədə daha çox qaçqın qəbul edib. Avstraliya və Britaniya isə 2011-ci ildən indiyədək 8 min suriyalı qaçqın qəbul etdiyi üçün tənqid olunub. Avstraliyada cəmi 58 min nəfərə qaçqın statusu verilib.