Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə sakinləri tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də R.Allahverdiyevə, T.Abdullayevə və Ə.Kişiyevə məxsus 60 manat pulu və mobil telefonu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Azər Əliyev, İlqar Əliyev və Yusif Həsənov tutulublar.