Oktyabrın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncağın gündəliyinə "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.
Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.
Xatırladaq ki, BSŞ bu ilin əvvəlindən başlayaraq Gəncə, Sumqayıt və Şəkidəki filiallarını bağlamışdır. Bir qədər əvvəl isə Şirkət "Xətai" metro stansiyasının yaxınlığında yerləşən İddialar Departamentini baş ofisinə köçürmüşdür.