Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisəyə səbəb sürücünün “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə idarə etməsi göstərilib. Avtombilin ağaça çırpılması nəticəsində avtomobil bir-neçə hissəyə bölünüb. Nəqliyyat vasitəsində olan 4 nəfər isə həyatını itirib. Onlardan üçün hadisə yerində, biri isə xəstəxanada vəfat edib. bizimyol.info