Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb. Belə ki, 17 yaşlı Fərid Ələkbərov küçədə tanışları tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan gənc hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.