Paytaxtın Binəqədi rayonunda qanlı hadisə baş verib. "Report"un məlumatına görə, 42 yaşlı Azər Məmmədov rayonun 8-ci mkr ərazisindən boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat edilib və hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə gəliblər. Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgün olub-olmaması polisin apardığı araşdırmaların yekununda məlum olacaq. Faktla əlaqədar cinayət işi başlanıb.