Bazar ertəsi Aralıq dənizində 6 mindən çox miqrant xilas edilib. Bu barədə "France Press" agentliyi İtaliyanın Sahil Mühafizəsinə istinadən məlumat yayıb. İtaliyanın Sahil Mühafizəsinin məlumatına görə, mioqrantlar Avropaya 40 qayıqda gedirmiş. Qayıqlardan birində 725 nəfər olub. Gün ərzində ümumilikdə 6055 nəfəri xilas etmək mümkün olub. Qeyd edək ki, əvvəllər bu rəqəmin 5,6 min nəfər olduğu bildirilirdi.
Məlumatda həmçinin bildirilir ki, miqrantlardan 9-u həlak olub. Bir hamilə qadın və uşaq helikopterlə Lampeduza adasındakı xəstəxanaya çatdırılıb. Miqrantların Nigeriya, Eritreya və Banqladeş vətəndaşları olduğu bildirilir.