Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var

16:25 - 3 Oktyabr 2016 - DÜNYA

Suriyanın Həma şəhərinin mərkəzi meydanında terrorçu-kamikadze özünü partladıb. Ucnoqta.az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində dinc əhali arasında ölən və yaralananlar var.

Yerli polisin məlumatına görə, üzərində intihar kəməri olan terrorçu-kamikadze özünü şəhərin mərkəzindəki Assi meydanında partladıb. "Ölən və yaralananlar var, onların sayı müəyyənləşdirilir" - polisdən bildirilib. Suriya televiziyası isə terror hücumu zamanı iki partlayış olduğunu xəbər verib. İkinci partlayış Əl-Kabir rayonuna girişdə baş verib. Qeyd edək ki, Həma Suriyanın dördüncü böyük şəhəridir. Hazırda şəhərə hökumət qoşunları tərəfindən nəzarət edilir.

Xəbər xətti