Tayfuna görə 300-ə yaxın reys ləğv edildi

12:14 - 3 Oktyabr 2016 - HADİSƏ

Yaponiyada güclü tayfun səbəbindən 298 aviareys təxirə salınıb. Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin 9 aviaşirkəti Okinava adasına reysləri ləğv ediblər.

Hazırda tayfun Okinavanın cənub rayonlarında müşahidə olunur. Artıq bu gün gecədən arxipelaqın adalarına doğru yaxınlaşıb. İstiqamətini dəyişən tayfunun Yaponiyanın demək olar ki, bütün ərazisindən keçəcəyi bildirilir.
Tayfunun mərkəzində təzyiq 925 hekto paskaldır. Mərkəzində küləyin gücü isə saniyədə 50 metrdir.

Xəbər xətti