"Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi". "Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında çıxış edən Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupunun nümayəndəsi - Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbərinin müavini Villyam Rasimora deyib.
Onun sözlərinə görə, ümumxalq səsverməsi Azərbaycanda demokratiyanı gücləndirəcək: "Konstitusiyada baş verən dəyişikliklər idarəetmədəki boşluqları aradan qaldıracaq və demokratiyanı gücləndirəcək".