"Bu səsvermə bir yoxlamadır. Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O bildirib ki, seçkinin gedişatını səhər tezdən müşahidə edir: "Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq".