Baş nazir Artur Rasi-zadə səs verib - FOTO

12:00 - 26 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Azərbaycanın baş naziri Artur Rasi-zadə referendumda səs verib. "Report" xəbər verir ki, hökumət başçısı qeydiyyatda olduğu 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Məntəqədə 1423 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.


Xəbər xətti