Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Bakının Nizami rayonu ərazisində 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 14, 15 və 16 saylı seçki dairələrində səsvermə prosesində vətəndaşların fəallığı müşahidə edilir.
"Report" xəbər verir ki, səsvermə prosesinin gedişini əsasən müxtəlif təşkilatları təmsil edən 15 yerli müşahidəçi izləyir.
Saat 10:00-a olan məlumata əsasən, 14 saylı seçki məntəqəsində qeydiyyatda olan 1409 nəfərdən 260 nəfər, 15 saylı seçki məntəqəsində 1 225 nəfərdən 230 nəfər, 16 saylı seçki məntəqəsində isə 1041 nəfərdən 150 nəfər səsvermədə öz rəyini bildirib.