Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə komitənin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
K.Həsənovun qəbuluna düşmək istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya bu nömrələrlə - (012) 490 24 08 (daxili 105 və 349) əlaqə saxlaya bilərlər.