“Bakı Metropoliteni” QSC müxtəlif növ kabellərin satınalınması üzrə açıq tender elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tender üzrə iştirak haqqı 200 manatdır. İddiaçılar tələb olunan digər sənədlərlə yanaşı 60 gün müddətində qüvvədə olacaq tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı da təqdim etməlidir.
Tenderdə iştirak etmək üçün təklif və bank təminatı istisna olmaqla digər sənədlər oktyabrın 12-i, saat 18:00-a qədər, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə oktyabrın 20-i, saat 15:00-a qədər qurumun İcraya Nəzarət, Kargüzarlıq və Təsərrüfat İşləri şöbəsinə təqdim etməlidirlər.
İddiaçıların təklifləri oktyabrın 21-i, saat 15:00-da açılacaq.