Nazirlər Kabineti “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Bu barədə sənəd Baş nazir Artur-Rasizadə tərəfindən imzalanıb.
Qərarda aşağıdakı dəyişikliklər edilib:
1. Adında və 1-ci hissəsində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin.
2. 2-ci hissəyə “orqanlarına” sözündən sonra “, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatlarına” sözləri əlavə edilsin.
3. Həmin qərarla təsdiq edilmiş “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Qaydaları” üzrə:
3.1. adında və 1.1-ci bəndində “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;
3.2. 1.1-ci bənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “dövlət xidmətlərinin” sözləri ilə əvəz edilsin;
3.3. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanları” sözləri ismin müvafiq hallarında “qurumlar” sözü ilə əvəz edilsin;
3.4. 1.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.2.2. xidməti həyata keçirən qurum - mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları;”;
3.5. mətn üzrə ismin müvafiq hallarında “dövlət orqanı” sözləri ismin müvafiq hallarında “qurum” sözü ilə əvəz edilsin;
3.6. 3.2.3-cü yarımbənddə “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər” sözləri “dövlət xidmətləri” sözləri ilə əvəz edilsin;
3.7. 3.2.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.13-cü və 3.2.14-cü yarımbəndlər əlavə edilsin:
“3.2.13. xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan qurumlara göndərilməsinin və onlar tərəfindən cavablandırılmasının Elektron Reyestr vasitəsilə təşkil edilməsi;
3.2.14. xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi, habelə qiymətləndirilmə zamanı bilavasitə yerində baxışın və rəy sorğularının keçirilməsi, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışların, hesabatların alınması, müxtəlif sorğuların göndərilməsi.”;
3.8. 4.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5.7-ci və 4.5.8-ci yarımbəndlər əlavə edilsin:
“4.5.7. göstərdiyi xidmətlərlə bağlı müraciətləri (təklif və şikayətləri) Elektron Reyestr vasitəsilə qəbul edir və cavablandırır;
4.5.8. göstərdiyi xidmətlərin Reyestrin operatoru tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı yerində baxışın və rəy sorğularının keçirilməsinə zəruri şərait yaradır, xidmətlərin göstərilməsinin cari vəziyyəti, görülən işlər barədə arayışları və hesabatları təqdim edir, sorğuları cavablandırır.”.