Sabaha olan hava proqnozu açıqlandı

13:05 - 21 Sentyabr 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucnoqta.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti