“Ləğv edilən xidmətin işçilərinin bir nəfəri də kənarda qalmayıb”.
“Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdeyib.
O bildirib ki, Dövlət Sosial Təminat Şöbəsi və yerli bölmələri də ləğv olunaraq Dövlət Sosial Müdafiə Fonduna birləşdirildikdən sonra işçilərin əvvəlki sayda qalması mümkün deyildi:
“Əvvəl bir şöbə, bir mərkəz vardı, hər ikisində eyni funksiyaları yerinə yetirən şöbələr vardı.
Birləşdiriləndən sonra işdən çıxan əməkdaşlar məşğulluq mərkəzlərində artırılmış ştatlarla işə qəbul olunurlar. Onlarla müqavilələr bağlanılır.
Bu proses nəticəsində faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətində çalışan işçilərin bir nəfəri də kənarda qalmayıb. Hamısı Məşğulluq mərkəzlərində yaradılmış 500-ə yaxın əlavə ştatlarda yerləşdirilib”.