Həbsdə olan jurnalist Azər İsrafilov azad edilib. APA xəbər verir ki, Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.
Qeyd edək ki, A.İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A.İsrafilov məhkəmə zalında həbs edilib. 2014-cü ildə A.İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.
Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV telekanallarında çalışıb.