AMEA: Azərbaycanda daşqın təhlükəsi var

11:41 - 20 Sentyabr 2016 - ÖLKƏ İÇİ

“Azərbaycanda daşqın təhlükəsi var”. Ucnoqta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. 

Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.

E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: 

“Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzunmüddətli olsa, daşqınlar ola bilər”.

Xəbər xətti