Yeni rəhbər vəzifəsinin icrasına başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri İvan Duarte hökumət nümayəndələri ilə danışıqlar aparmaq üçün Bakıya gəlib.
Bu barədə Trend hökumətdəki mənbəyə istinadən xəbər verir.
İ.Duarte bu ilin avqustunda AYİB-in Azərbaycandakı nümayəndəliyinə rəhbər təyin edilib.
O, 2004-cü ildən Avropa Bankında işləyir və Albaniya, Qazaxıstan, Macarıstan, Polşa, Slovakiya, Türkiyə, Mərakeş və Tacikistan kimi ölkələrdə bir sıra nəqliyyat layihələrində bankın baş bankiri kimi çalışıb.
Qeyd edək ki, bankın Azərbaycandakı nümayəndəliyinin əvvəlki rəhbəriNil Makkeyn müddəti bitdiyi üçün postu tərk edib.