R.Abbasov deyib ki, IMF-in hesabatında qeyd edilən proseslər artıq başa çatıb:
“Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. IMF-in hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.