Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) 15 sentyabr – Bilik Günü ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, sabahdan etibarən təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə ikinci və üçüncü cərgədə, o cümlədən yolların hərəkət hissəsində, piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini saxlayan sürücülər cərimə ediləcək. Bu cür hallar İ-patrul və “Təhlükəsiz şəhər” kameraları vasitəsi ilə, habelə ərazidəki Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən aşkar ediləcək.
Sürücülərə şəxsi avtomobillərindən az istifadə etməyi, ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir.
“Qeyd olunanlar təkcə 15 sentyabr tarixi ilə bitməyəcək. Reydlər davamlı olaraq davam etdiriləcək”, - V.Əsədov əlavə edib.